ELAZ.İNFO xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə Filippinin qərb Palompon bölgəsində və Sebu əyalətinin sahillərində yerli vaxtla dünən saat 21:59-da zəlzələ baş verib.
Philippine Daily Inquirer yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, ölkə üzrə ölənlərin sayı 61-ə çatıb.
Filippin prezidenti kiçik Ferdinand Markos verdiyi açıqlamada ictimaiyyəti “sayıq olmağa və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə” çağırıb.
Markos “Yaxınlarını itirən ailələrə başsağlığı verir, zəlzələdən yaralananlar və zərər çəkənlərin hamısı ilə birlikdə dua edirəm” -deyib.
Günel GÜNTAC