Fil -Kiməsəyə Zərər Verməyən Xeyirxah Canlı

Bir fili təyyarə ilə bir ölkədən digərinə – məsələn, Hindistandan ABŞ-a daşımaq lazım olduqda, onun qəfəsi cücələrlə doldurulur. Bəs niyə?

Çünki fil, nəhəng bədəninə baxmayaraq, kiməsə zərər verməkdən qorxur. O qədər həssas və mərhəmətlidir ki, uçuş boyu tamamilə hərəkətsiz dayanır – sadəcə ona görə ki, təsadüfən bir cücəyə toxunmasın. Bu davranışı ilə həm təyyarənin tarazlığı qorunur, həm də filin nəcib təbiətinin ilk sınağı baş tutur.

Bu heyrətamiz davranış elm adamlarını filin beynini araşdırmağa vadar edib. Məlum olub ki, fillərdə insanlarda da rast gəlinən nadir neyronlar – milşəkilli hüceyrələr var. Bu hüceyrələr özünüdərk, empatiya və kompleks sosial anlayış üçün cavabdehdir.

Başqa sözlə, fil təkcə bədəncə nəhəng deyil, ruhca da böyüklüyün rəmzidir. O hiss edir, anlayır, rəğbət bəsləyir və səssiz, müdrik bir ləyaqətlə hərəkət edir.

Leonardo da Vinçi fil haqqında belə yazırdı:

“Fil ədalət, ağıl və mötədilliyi təmsil edir. Suya girəndə ləyaqətlə çimir – sanki özünü bütün pisliklərdən təmizləmək istəyir. Əgər azan bir insanla qarşılaşsa, ona mehribanlıqla doğru yolu göstərir. Heç vaxt tək dolaşmaz – həmişə bir qrupda, bir liderin rəhbərliyi altında olur.”

Amma ən təsirlisi budur:

Fil, sonunun yaxınlaşdığını hiss etdikdə, sürüsündən ayrılıb uzaq bir yerə çəkilərək tək ölür. Kiçikləri itki acısından qorumaq üçün.

Təvazökarlıq naminə.

Mərhəmət naminə.

Ləyaqət naminə.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights