Fidel Kastro Atatürkü necə də gözəl təsvir edib

Jurnalistlər Fidel Kastroya sual verirlər:

— Siz bu ölkənin qurucu liderisiniz. Adətən belə hallarda küçələrdə sizin heykəllərinizin olması gözlənilir. Üstəlik, bu qədər məşhur sosialist liderlər durarkən siz yalnız Mustafa Kamalın heykəlinə icazə vermisiniz. Niyə?..

Fidel Kastro cavab verir:

— Biz daha çox dövlət adamlarıyıq… O isə bir qəhrəmandır.

Küçələrə dövlət idarə edənlər deyil, qəhrəmanlar yaraşar, — deyir.

Və davam edir:

— Biz müstəqillik və inqilab ruhunu ondan öyrəndik… Bəli, biz də vuruşduq. Amma biz bir dövlətə qarşı döyüşdük. O isə dünyanın ən güclü ordularının hamısını birdən məğlub etdi. Heç vaxt məğlub olmayan yeganə əsgərdir o, — deyir.

Üstəlik, yalnız cəbhədə deyil, hər sahədə mübarizə aparıb və hər yerdə uğur qazanıb.

Möhtəşəm bir insan…

İllər sonra Fidel Kastro Türkiyəyə gələndə ona yenə oxşar suallar verirlər.

O belə cavab verir:

— Mən də çox çətin bir müharibənin içindən çıxmışam. Çoxlu kitablar oxumuşam… Amma döyüş meydanlarında kitab oxuma rekordları qıran başqa bir əsgər nə görmüşəm, nə də eşitmişəm. Hər şeyi anladım, amma bu qədər çətinlik və dəyişimi necə bacardığını ağlım dərk etmir, — deyir.

Bu sözlər həmin dövrlərin mətbuatında yer almışdı…

Dünyada öz torpaqlarını işğal etməyə gəlmiş düşmən əsgərlərinin analarına, “Ey övladlarını bu torpaqlarda itirmiş analar! Göz yaşlarınızı silin, onlar artıq bizim də övladlarımızdır. Qoy Məhmədçiklərlə yanaşı, qucaq-qucağa uyusunlar” deyə biləcək ruha sahib başqa bir dövlət adamı və əsgər göstərə bilməzsiniz…

Dünya tarixində, “Vətən müdafiəsi üçün edilməyən hər müharibə bir cinayətdir” deyən başqa bir lider, dövlət adamı yoxdur…

Fidel Kastro Atatürkü necə də gözəl təsvir edib! Təəssüf ki, o böyük dövlət adamını, lideri, üstün insanı, inqilabçını, ən böyük baş komandanı, ilk Cümhuriyyət prezidentini, bütün varlığını Türk millətinə həsr etmiş tək rəhbəri Fidel Kastro qədər dərk və vicdanla tanıya bilməyənlərə yazıq olsun.

Namiq SALAM

Bizimlə oxuyun
Verified by MonsterInsights