“Kurtlar vadisi-Vatan” filmində bir səhnə var. Təyyarə ilə Amerikadan İstanbula çevriliş üçün gələn Fətullah Gülən xalqın dirənişini görüb planlarının pozulmasından sonra geri qayıtmağı əmr edir və orda bir cümlə işlədir:
“Mənim orda olan adamlarıma deyin ki, aşkarlanmamaq üçün lazım olsa məni söysünlər, özlərini qurban kimi göstərsinlər”
Feto Türkiyədə istədiyinə nail olmadı. Öldü. Bizim ölkədə də Feto obrazı Ramiz Mehdiyev idi. Siyahıya baxıram adamın nələri yoxdur. Nələri. Yazdığı kitablar belə onun özünə aid deyil idi. Yüzlərlə alimin zəhməti idi ki, mövqeyindən istifadə edib hamısını öz adına çap etmiş idi.
Adam ölkədə Rusiyanın “bəlkə də qayıtdı o günlər” ideyasını yaşadan və yayan bir nömrəli adamı idi. Sprut idi. Zəhərli, qaranlıq bir obraz yaşayıb və öz qara zəhərini hər yerə yayan Sprut..
Hətta cinayətkar Hacı Məmmədovun həbsdə olan zaman çəkdiyi rəsm də bunu işarə vermiş idi.
Rusiyanın ölkədə adamı olan , ölkənin İkinci adamı..
Ölkənin ikinci adamı məhz Ramiz Mehdiyev idi. Özünü ölkənin sahibi sayırdı və minlərlə insan qorxu içərisində onun adını çəkə bilmirdi..
Rusiyanın içimizdə saxladığı ən böyük təhlükədən biri həbs edildi. Lakin bu Sprutun başdır və dünən gecədən izləyirəm, ona –
“Həqiqi filosof, dövlət quruculuğunu ölkədə hamıdan yaxşı bilən Ramiz Mehdiyev” deyənlər özlərini “qurban ” kimi qələmə verirlər. Eynən Fetonun tapşırığı kimi..Özlərini gizlətmək istəyirlər. Lakin indi süni intellekt və google əsridir və onlar hamısı əsas səhifədən silinsə də Keş deyilən yaddaşda qalır..Yaddaşı isə nəinki internetdən, insanlardan silmək olmur ..
Sprutun 40 qolu və o qolların digər qolları təhlükə olaraq qalır. Rusiyanın yetişdirdiyi agentlər, xainlər, satqınlar və sənin hesabına bahalı həyat yaşayan şərəfsizlər ..
Ölkə Prezidenti çox ciddi addımlar atır. 1920-ci il təkrar edilməsin deyə..28 aprelin 28 mayı əvəz etməsin deyə Sprutun nəinki başı, bütün qol və ayaqları tamam kəsilməlidir.
Hər bir cinayət bəlkə də bağışlana bilər, Dövlətə və Vətənə xəyanət yox. Təyyarənı sifariş verdin, özünə çox güvəndin, düşmənlə əlbir oldun, lakin onun enişinin də ağır nəticəsini də gözləməli idin. Gecikmiş də olsa bu xəyanətinin cavabın nəinki bu dünyada, o dünyada da verəcəksən..
Növbə isə sənin qol qanadın olanlardır ki, onlar Azərbaycanın sağlam ayaq üstə durması üçün kəsilməlidir!!
Son olaraq qeyd edim. Ondan dəstək alan mediadan tutmuş, məmurlara qədər, təhsildən tutmuş elmə qədər və onun ətrafında olanlar hamınız oğraşsınız Bu gün simanızı gizlətsəniz də oğraş olaraq qalacaqsınız.
Zaur Əliyev