ELAZ.İNFO xəbər verir ki, Moskvanın Meşşanski rayon məhkəməsi “Fesco” nəqliyyat qrupunun istehsalatın inkişafı üzrə vitse-prezidenti Boris İvanov barəsində həbs qətimkan tədbiri seçib. O, xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
Məhkəmədən verilən məlumata görə, iş çərçivəsində nəqliyyat qrupunun Direktorlar Şurasının keçmiş sədri Andrey Severilov da nəzarətə alınıb. İstintaq orqanları hər iki rəhbər şəxsi iri miqyaslı maliyyə maxinasiyalarında və dövlət əmlakını mənimsəmədə günahlandırır.
Hazırda hadisə ilə bağlı genişmiqyaslı araşdırmalar davam edir. Qeyd edək ki, “Fesco” Rusiyanın ən iri logistika və nəqliyyat şirkətlərindən biri hesab olunur və bu həbslər iş dünyasında böyük rezonans doğurub.
Ruslan MƏMMƏDOV