Felipe Melonun mübahisəli istinadı!

ELAZ.İNFO xəbər verir ki,Felipe Melonun Mert Hakan Yandaş üçün ad günü mesajı böyük səs-küyə səbəb olur.

“Qalatasaray”ın sabiq futbolçusu Felipe Melo sosial media hesabında qalmaqallı paylaşım edib. Melo paylaşımında “Fənərbağça”nın kapitanı Mert Hakan Yandaşın köhnə fotosunu yerləşdirərək kifayət qədər mübahisəli bir istinad edib.

Xüsusilə də “Qalatasaray”ın rəqiblərinə qarşı paylaşımları çox müzakirə obyektinə çevrilib. Melonun paylaşımlarında yer alan son ad Fənərbaxçanın kapitanı Mert Hakan Yandaşdır.

Nadir HÜSEYNOV

Bizimlə oxuyun
Verified by MonsterInsights