Fasiləsiz təhsilimiz fasiləsiz tənəzzüldədir

ELAZ.İNFO dosent İlham Əhmədovun özünün sosial şəbəkə hesabında paylaşımına istinadən xəbər verir ki, bu gün təhsilimiz tənəzzüldədir.

Dosentin həmin fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq.

“80-cı illərdə universitetlərimiz 90-cı illərdəkindən güclü idi. 90-cı illərdə universitetlərimiz 2000-ci illərdəkindən güclü idi.
21-ci əsrdə isə fasiləsiz təhsilimiz fasiləsiz tənəzzüldədir.

İndi universitetlərimiz elə durumdadır ki, onların Bakıda, ya Şəkidə yerləşməsinin, heç bir fərqi olmaz, məzunlarımızın diplomları artıq heç qardaş Türkiyədə tanınmır.

Bakıda sağalmayan ağır xəstəni rayona daşımaqla onu sağaltmaq olarmı?
Yol pulunu xəstənin müalicəsinə xərcləsək, bəlkə sağalar?
Xəstənin dərmanlarına pul xərcləməsək də, palatanın təmirinə xeyli pul xərcləmişik. Çünki, həkimlər xəstəni müalicə etmək yerinə prorablıq ediblər”. İlham Əhmədov.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights