Farslaşdırılan tarixi Azərbaycan dövləti

ELAZ.İNFO

Bu gün farslaşdırılan (1800-1925) tarixi Azərbaycan dövləti olan müasir İranda siyasi və geosiyasi vəziyyətin necə olması haqqında düşüncələr.
Rusiya və Çin İranı beynəlxalq qanunlardan istifadə edib şirnikləndirir. Bu dövlətlər ABŞ-ın təzyiqlərindən özlərini sığortalamaq üçün İranı bütün mümkün istiqamətlərdə müdafiyə edirlər. İran yenidən ABŞ, İngiltərə, qərbin təsir zonasına düşsə bu Rusiyanın və Çinin zəifləməsi deməkdir. Hətta bu halda Rusiyanın dağılmaq təhlükəsi də yaranar. İngiltərə Azərbaycan dövləti olmuş Qacarlar dövlətini Fars millətçi rejimə ona görə çevirib ki, onlara geosiyasi mübarizədə “alət” olsun. ABŞ və İngiltərə bu gün bu “alət”ə yenidən sahiblənmək istəyir ki, Rusiyaya və Çinə qalib gəlsin. Dünyada hökmran olsun. Bu vəziyyətdə İranda fars xalqı hakim xalq olsa da, beynəlxalq geosiyasi oyunlarda “alət” olduğu üçün əziyyət çəkir. Bu ölkədə bu anormal vəziyyədən bir az qazanan erməni və kürdlərdir. Bunlara xarici güclər maliyyə, silah və ideoloji yardım edir ki, bunlarda dövlət yaratmaq düşüncəsini oyansın ki, nə badə bu çoğrafiyada bir daha böyük Azərbaycan Türk dövləti olmasın. Çünki böyuk Azərbaycan dövləti olmuş Qacarlar dövlətini 200 il vaxt sərf edib özləri üçün oyuncaq fars (rejimi) dövləti ediblər. Bu gün böyük güclü dövlət olan ABŞ nə istəyir! 1-çi Özləri üçün yaratdıqları fars millətçi rejimi Rusiya və Çindən ayırıb, yenədə öz təsiri altına alsın. 2-ci İranda yenə də fars millətçi rejim qalsın. Bu ABŞ-ın İranla bağlı əsas hədəfidir. Bununla belə ABŞ və İngiltərə, qərb anlayırlar ki, İranda xalqlar nə molla rejimini, nə də mehtər oğlu mehtər işləmiş Rza sülaləsini istəmir. Belə olan halda, ABŞ, İngiltərə, qərb güc mərkəzinin pərdə arxasında olan zəka mərkəzi İranın yeni quruluşunun da, necə olacağı haqqında da düşünürlər. Bəlkə də plan çəkilir və ya İran üçün bəlkə də plan artıq hazırdır. Buna görə də Tarixi Türk dövləti olan farslaşdırılmış müasir İranda 60 milyonluq Türk xalqları aktiv olmalidır. Ona görə ki, yeni qrulacaq İranda 1925 çi ildən haqqı pozulan Türklər də hüquqlarını ala bilsin. Rusiya və Çin nə qədər İran rejimini müdafiə etsə də, artır nə xalq, nə də ABŞ güç mərkəzi bu molla qiyafəli rejimi istəmir. Demək sonda İrana hücum ola bilər. Bu vəziyyətdə bütün Türk dövlətləri və Türk Dövlətləri Təşkilatı da İran hadisələrində aktiv olmalıdırlar ki, bu məkanda 60 milyonluq Türk insanları beynəlxalq müstəvidə köməksiz qalmasınlar. Unutmaq olmaz ki, müasir İran fars millətci dövlət, Türk dünyasına qarşı aparılan böyük planın tərkib hissəsi olaraq yaradılıb. Artıq 100 il keçir. Dünya dəyişir. Biz də özümüzə, Türk qüdrətinə qayıdaq! Unutmq olmaz ki, düyada baş verən haqsızlıqların demk olar ki, hamısının səbəbi, Türk dövlətlərinin zəifləyib yox olması olub! Türk dövlətləri Təşkilatları sürətlə dəyişən dünyada ən qüdrətli güc mərkəzi olmalıdır ki, dünyada ədalət olsun,sülh olsun.

Tahir ƏLƏKBƏROV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights