ELAZ.İNFO, BAKI, 16.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Goranboy rayon Dəyirmanlar kəndində ağılalmaz, həmdə faciəvi bir hadisə baş verib.Kişi ehtiyatsızlıq nəticəsində həyat yoldaşını güllələyib.
Ailənin əkiz övladları uzun müddətdən bəri xəstə imişlər. Valideynlər isə quş ətinin – xüsusilə də sərçə ətinin – müalicəvi təsiri olduğuna inanaraq, özləri sərçə ovuna çıxıblar. Ancaq bu müalicə üsulu faciə ilə nəticələnib.
Hadisə zamanı kişi quş vurmaq yerinə həyat yoldaşı, 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyevanı vurub. Qadın qarın nahiyəsindən güllə yarası alıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi ilkin məlumata görə, onun vəziyyəti orta-ağırdır, amma stabildir.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. İlkin versiyaya görə, güllə ehtiyatsızlıq nəticəsində atılıb.
Aydan ŞƏRBƏTOVA