ELAZ.İNFO xəbər verir ki, tarixçi Zaur Əliyev özünün sosial şəbəkə hesabında qeyd edib ki,Ağdamda Xalq rəssamı Tokay Məmmədovun yaratdığı məşhur “Fərhad” heykəli “Ağdama qayıdır”
Sözardı:1959-cu ildə hazırlanmış və Nizami Gəncəvinin qəhrəmanlarından birinin şərəfinə “Fərhad” adlandırılmışdır. Tam heykəlin adı sənədlərdə belə gedirdi: ““Fərhad Bisütun dağını çapır”
Ağdamın mərkəzində Mədəniyyət Mərkəzinin qarşısında yerləşirdi. Heykəl monumental ölçülərə malik idi, realistik üslubda hazırlanmışdı. Fərhadın fiquru dinamik duruşu ilə diqqət çəkir və poetik motivlərlə zənginləşdirilmişdir. Orijinal heykəl daş və ya mərmər materiallardan hazırlanmışdı
Sadıq Murtuzayevin dövründə isə “Fərhad”ın heykəlinin yeri dəyişdirilərək mərkəzi poçtun qarşı tərəfinə keçirildi.
Ağdam rayonunun birinci katibi Nadir Xuduş oğlu Abbasov dövründə düzəldilmiş idi.
Ağdamın işğalı zamanı heykəl ciddi şəkildə zədələndi, baş hissəsi və digər elementləri dağıdıldı.
Hazırda bərpa edilməsi üzərində işlər tamamlanır. Qeyd edim ki, bu heykəl yalnız bir bədii abidə deyil, həm də Ağdamın tarixini və Qarabağın mədəniyyətini gələcək nəsillərə çatdıran bir simvoldur.
Aydan
