–
ELAZ.İNFO xəbər verir ki, Joze Mourinyonun “Fənərbağça”dan ayrılmasından sonra baş məşqçi vəzifəsinə Domeniko Tedesko təyin olunub. Sarı kanaryalılar italyan çalışdırıcı ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Tedeskodan əvvəl “Fənərbaxça”nın potensial idarəçi namizədləri arasında olan İsmail Kartal rəsmi açıqlamadan sonra sosial media hesabında paylaşım edib.
MƏTBUAT KONFRANSI KEÇİRİLƏCƏK
Kartal cavab hüququnu özündə saxladığını bildirib və mətbuat konfransı keçirəcəyini açıqlayıb.
“Fənərbaxça”nın sabiq baş məşqçisi İsmail Kartal “Sarı Kanaryalar”la ikinci oyununda məşqdən əvvəl kameraya baxıb.
“SEÇKİ PROSESİNƏ NƏZARƏ EDƏN…”
Kartalın paylaşımında yer alan açıqlamaları təqdim edirik:
-“Fənərbağçanın yeni baş məşqçisinin müəyyənləşdirilməsi prosesi zamanı haqqımda əsassız, həqiqətə uyğun olmayan və təhrif olunmuş məlumatlar da daxil olmaqla ciddi dezinformasiyalar yayılıb. Fənərbaxçanın oğlu kimi seçki prosesini də nəzərə alaraq cavab vermək hüququmu özündə saxlayıram. Bu proseslərdən dərhal sonra azarkeşlərimizə və ictimaiyyətimizə mətbuat konfransında lazım olan bütün açıqlamaları verəcəyəm”.
İslam MAHMUDOV