ELAZ.İNFO xəbər verir ki, “Fənərbaxça”nın vitse-prezidenti Acun Ilıcalı istefa verib. Açıqlamanın ardından Acun Ilıcalı da vida mesajı yayıb.
Bununla əlaqədar Fənərbaxça açıqlama verib. Açıqlamada deyilir:
-“2024-25-ci illərdə İdarə Heyətinin üzvü, vitse-prezidentimiz cənab Acun Ilıcalı tutduğu vəzifədən istefa verdi. Cənab Acun Ilıcalı səlahiyyət müddəti ərzində İdarə Heyətimizə dəyərli töhfələr verib və klubumuzun maraqlarını hər zaman üstün tutan yanaşması ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirilib.”
“Bu günə qədər göstərdiyi sədaqətli xidmətlərə görə ona təşəkkür edir, uğurlar və xoşbəxtlik arzulayırıq”.
Acun Ilıcalı da istefa qərarından sonra vida mesajı yayıb. Acun Ilıcalı etdiyi şərhdə yazıb ki, “Böyük qürurla tutduğum Fənərbaxça İdman Klubunun İdarə Heyətinin üzvü olduğum vəzifədən istefa verdiyimi sizinlə bölüşmək istəyirəm. Mən “Fənərbaxça” azarkeşi olaraq doğulmuşam. Sarı-göylərin forması uşaqlığımdan bəri həyatımın ən saf və coşqulu hissəsi olub. Bu müddət ərzində zaman-zaman böyük çətinliklərlə üzləşsəm də, hər zaman bununla şərəf duydum. Məni tənqid etdilər, dəstək aldım, amma bunu heç unutmadım: -hər şey Fənərbaxça üçün idi.”
Acun Ilıcalı sözlərini belə tamamlayıb:- “Prezidentimiz Ali Koça, birlikdə çalışdığım dəyərli inzibatçı həmkarlarıma, dəyərli idmançılarımıza, klub əməkdaşlarına və ən əsası böyük Fənərbaxça azarkeşlərinə səmimi təşəkkürümü bildirirəm”.
Esmira RƏHİMOVA