ELAZ.İNFO xəbər verir ki, UEFA Avropa Liqasının 4-cü həftəsində Fənərbaxça saat 23:00-da Çexiya komandası Viktoriya Plzen ilə qarşılaşacaq.
“Sarı Kanaryalar” bu yarışda üç oyun keçirib, 2 qələbə, 1 məğlubiyyət və 6 xalla rekord qırıb. Digər tərəfdən, Plzen 2 qələbə və 1 heç-heçə ilə 7 xala malikdir. “Beşiktaş” derbisindəki qələbəsi ilə liqadakı yüksəlişini davam etdirən “Fənərbaxça” Avropa Liqasındakı qələbə seriyasını davam etdirməyə çalışır.
Onu da qeyd edək ki,”Fənərbaxça” ilk dəfə Avropa yarışlarında ən uğurlu mövsümlərindən biri olan 2012-2013 mövsümündə “Viktoriya Plzen”lə qarşılaşıb. Aykut Kocamanın rəhbərliyi altında “Sarı Kanaryalar” 1/8 finalda rəqibini məğlub edərək Avropa Liqasının yarımfinalına yüksəlib.
“Kanaryalar” ilk oyunda səfərdə Pyer Vebonun qolu sayəsində qələbə qazanıb və evdə 1-1 hesablı heç-heçə ilə növbəti mərhələyə yüksəlib. İki komanda 14 mart 2013-cü ildən sonra üçüncü dəfə üz-üzə gələcək.
İslam MAHMUDOV
