“Fənərbağça” rəhbərliyindən əks addım gəldi

ELAZ.İNFO, BAKI, 21.05.2025.

ELAZ.İNFO xəbər verir ki, çempionluğu “Qalatasaray”a uduzduqdan sonra “Fənərbaxça”nın idarə heyəti konqres üzvlərinin imza toplama səylərindən sonra sentyabrda seçki keçirmək qərarına gəlib.
Bu il çempionluğu Mourinyoya və “Qalatasaray”a uduzan “Fənərbaxça”da sular sakitləşmir…

Konqres üzvlərinin imzatoplama cəhdləri uğurlu alındıqdan sonra “Fənərbağça” rəhbərliyindən əks addım gəldi.

Qeyd edək ki, növbədənkənar qurultay üçün imza sayının 7000-ə yaxın olması müzakirə edildikdən sonra Ali Koç rəhbərliyi seçki keçirməyə qərar verib. Lakin seçki iyun və ya iyulda deyil, sentyabrda keçiriləcək. Bu o deməkdir ki, transfer dövrünü Ali Koç idarə edəcək.

Bu səbəbdən qərarı bəyənməyən konqres üzvləri imzatoplama işlərinə qaldıqları yerdən davam edəcəklərini bildiriblər. Konqres üzvləri seçkinin irəli sürülməsini və Koçun istefasını elan etməsini istəyir.

Materialı hazırladı:

İslam MAHMUDOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights