Bir ürəkgöynədən hadisəni xatırlayıram; mayın 17-də Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının (ƏDL) sammitində Fələstin nümayəndə heyəti çıxışına Yusif peyğəmbər haqqında bir ayə ilə başladı. Ayədə qardaşlarının Yusifi quyuya atıb, tək qoymaları və ölümə məhkum etmələri barədə danışılır.
Bu ayə bir təşbeh idi: qardaşlarımız bizə xəyanət etdilər, bizi tək qoydular. Onlardan dəstək əvəzinə – sükut, ədalət əvəzinə – protokollar və bəyanatlar gördük.
“Bu gün yenidən quyudayıq, lakin qardaşlarımız özlərini elə aparırlar ki, guya bunu görmürlər.”
Çıxışçının hər sözü zalda məzəmmət, ittiham kimi səslənirdi.
Fələstinlilər açıq şəkildə anlatdılar ki, onlar üçün bu təkcə diplomatiya deyil – bu ağrıdır, bu xəyanətdir.
Yeri gəlmişkən bildirim ki, Qəddafi də 2008-ci ildə ƏDL-də eyni məzmunda çıxış -xəbərdarlıq etmişdi.
Asif ŞƏFƏQQƏTOV