ELAZ.İNFO xəbər verir ki, Fransanın Le Figaro qəzeti 15 və 17 yaşlı iki oğlanın keçən ayın sonunda Parisdə sinaqoqlara və Eyfel qülləsinə hücum planlaşdırmaqda şübhəli bilinərək həbs edildiyini yazıb.
Ərəb əsilli olduğu müəyyən edilən iki oğlan avqustun 1-də “terrorçu cinayətkar sui-qəsd” ittihamı ilə mühakimə olunub.
Qəzet ikisinin İŞİD terror təşkilatına heyran olduqlarını və şifrəli mesajlaşma xidmətində yaradılan qrup vasitəsilə əlaqə saxladıqlarını yazıb. Xəbərdə iki oğlanın “cihadla məşğul olmaq” üçün xaricə getməyi planlaşdırdığı da qeyd edilib.
Şübhəlilər haqqında aprelin sonunda istintaq başladılıb. İstintaq zamanı məlum olub ki, şübhəlilər simvolik əhəmiyyət kəsb etdiyi üçün sinaqoqlara və Eyfel qülləsinə hücum etmək niyyətində olublar.
İlahə BAYINDIR