-“Solovyov deyəsən oxudu, Mərdan hardansa uçdu. Azərbaycana qarşı daha çox aqressiya, daha çox nifrət… Ey, oğlan, vəziyyəti qızdırmağı dayandır!”
ELAZ.İNFO xəbər verir ki, bu fikirlər Səfər Alışarlıya məxsusdur.
Səfər Alışarlı deyir ki, “Biz ki, Rusiyanın 200 illik ağalığı dövründə Azərbaycanda nələr etməsindən danışmırıq. Rusiyanın əsrlər boyu Qafqazda əkdiyi bütün ictimai-siyasi neqativləri sizə aid etmirik. Ordunuzla Azərbaycanı qorxutmağa ehtiyac yoxdur. Onun necə acınacaqlı vəziyyətdə olduğunu siz bizdən yaxşı bilirsiniz”.
S.Alışarlı dünyada, o cümlədən Azərbaycanda rus hegemonluğunu yaymaq istəyənlərə xitabən qətiyyətlə bildirir ki, “Sizin imperiya ambisiyalarınız çoxmillətli ölkəniz üçün böyük faciəyə çevrilə bilər. Ən pisi odur ki, siz bu gün öz xırda, kommersiya maraqlarınızı güdərək, açıq şəkildə, vicdan əzabı çəkmədən Azərbaycanla Ermənistan arasında sülhə qarşı çıxırsınız. Bu, əsl üzünüzü açır, münasibətlərə böyük zərər verir və sizinlə dostluğu qeyri-mümkün edir. Azərbaycanla müharibə nə olursa olsun, Rusiyaya uğur gətirməyəcək. Biz buna əminik. İstəyirik ki, siz də bunu biləsiniz”.
İlahə BAYINDIR