“Əvvəl kişi ol, sonra gəl” deməyi də bilməliyik

ELAZ.İNFO. Bəzi insanların gözündə insanlar iki yerə bölünür; dindar olanlar və olmayanlar. Onlar sanki müqəddəs dəyərlərə daha da uyğun gəlir və onları faktiki olaraq mənimsəyirlər. Onlar Allahın adı ilə “hökm verməyi” sevirlər.

Yaxşı olardı ki, elə orada qalsınlar, çünki əllərində imkanları olsa bəyənmədiklərini dərhal cəhənnəmin qaranlığında basdırardılar.

Tanıdığımız (yerli) din xadimlərinə diqqət yetirək. Onların bəzilərinin düşüncəsinə görə əgər kiməsə nemət verilibsə, tamamdır. Forma və sxem qaydasındadırsa, yol aydındır. Bu dünyada fürsətlərdən, o tərəfdəki cənnətlərdən və hurilərdən faydalanmaq, həzz almaq lazımdır. Bəşəriyyətə, sivilizasiyaya, ümumbəşəri prinsiplərə xidmət etmək onları maraqlandırmır. Məqsədlər cənnəti də zəbt etməkdir. Bu, təəssüf ki, onların həyata baxışıdır. Ona görə də o bədbəxtlər Yunusu, o könül adamını da “dəli edib”. Elə bil ki, “al, sənin olsun”, “kim istəyirsə ver, mənə lazımsan” deyib.  Kaş ki, ata-anaları elə dar düşüncəlilərə əvvəlcə “insan” olmağı öyrədəydi. Əxlaqı da, qanunu da, ədaləti, şəfqəti, sevgini, insanlığı da yaxşıca mənimsətdirəydilər.

Əslində dindarlıq xeyirxahlıq, paylaşmaq və şükür etmək deməkdir. Hətta həddi aşmamaq deməkdir. “Kim olursan ol gəl” əvəzinə “Əvvəl kişi ol, sonra gəl” deməyi də bilməliyik.

Tekin YEKEN

TÜRKİYƏ

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights