ELAZ.İNFO xəbər verir ki, bu gün Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Günüdür.
Pnevmoniya və ya ağciyər sətəlcəmi kəskin infeksiya xəstəliklərinə aid edilir. Orqanizm infeksiyaya ən çox hava-damcı yolu ilə yoluxur. Müxtəlif növ viruslar, bakteriyalar və göbələklər pnevmoniyanın törədiciləri ola bilər. Xəstəliyin simptomatikası onu doğuran səbəblərdən, pasiyentin yaşından və sağlamlıq durumundan asılıdır. Xəstəlik kəskin keçir və ya aldadıcı formada inkişaf edir.
Əli İBRAHİMOV
