ULUSAL ÖZÜNÜANLAMA DƏRSİ, YA DA, QURD OLMAYIM, TÜRK OLMAYIM, BƏY OLMAYIM DÜŞÜNCƏSİZLİYİNƏ YANIT
(Politik ağıl, Ardı)
Qayıdaq “Azərbaycana heç kim bəy/xanlar qədər pislik etməyib” – bolşefist-faşist düşüncəsizliyinə, axmaqlamasına.
2008-ci ildə yayımladığım “Politologiya (Açıqlamalarla sözlük, ya da milli kimlik dərsləri)” kitabımdan Türkün bəyliyə dair qurumunun Türk tarixindəki əhəmiyyətini göstərən bölümü ərəb-fars sözlərindən cüzi təmizləməklə oxuculara təqdim edirəm və bütün yad törəmələrə cavab verirəm:
BƏY (BEY, BEG, BƏG, BEK, BAY)
Əski, Orta Çağda, eləcə də XX yüzilin əvvəllərində türklər arasında soy, sosial, siyasi titul, vəzifə, üztutma forması, insan adı olaraq işlədilmişdir. “Bəy” sözü “bilik” sözü ilə bağlıdır: “Biliyin ləsi getsə, bəy qalar: bilik – biik (bək, bəy)”. Ən qədim çağda – Oğuz xan dövründə yaradılmışdır.
Göytürk yazılı daşlarından anlaşıldığına görə, xaqanın nəslindən olmayan bəy soyadlılara, yüksək rütbəli türk məmurlarına bəy adı verilirdi.
Moğollar dövründə də belə olmuşdur. Lakin Çingiz xanın oğullarına “bəy” deyilmir, “töre” deyilirdi. Uyğur türklərində xaqana da çox vaxt “beg” və ya “ilig beg”, bölgə rəhbərinə isə “beg” deyilirdi. Qaynaqlarda “İla begi”, “Yığma begi”, “Kent begi” ifadələri ilə qarşılaşmaq olar.
Bölgəsində baş bəy, baş ağa, başbuğ olan şəxs, eləcə də sübaşı – ordu başçısı, təhlükəsizlikçi, səlahiyyətlidir.
Bir sıra mənbələr yanlış olaraq “ordu”nun monqol sözü olduğunu yazır. Monqol – monqoldur. Monqolun türklə, Türk dili ilə, türklüklə heç bir əlaqəsi və təsiri yoxdur. Türk düşmənlərinin bu gün dünyada cəmi 1.5 milyon olan monqollara yapışdırmağa çalışdığı bütün anlayışlar uydurmadır.
Çingiz xanı doğuran Türk eli “Moğoldur”. E.ə. IV–III minilliklərdə formalaşmağa başlamış “Dədə Qorqud” boyları “ordu”nun Türk sözü olduğuna şübhə yeri qoymur!
Qazax-qırğızlarda boyu, oymağı idarə edənlərə “bək”, mübahisələrə baxan hüquq bilicilərinə isə “big” deyilirdi.
Kodex Humanicusda xristian qıpçaqların bəyliyi tanrının üzlərindən biri sayaraq “bəyim tanrı”, “bəyimiz tanrı” dedikləri yazılıb.
Qazax ağız ədəbiyyatında, Türk dualarında “bay tanrı”, “biy tanrı” sözlərinə tez-tez rast gəlinir.
Rusiya imperiyası Güney Azərbaycana daxil olana qədər – Səfəvilər dövründə Azərbaycan bəyərbəyilik idarə quruluşu ilə idarə olunurdu.
Rusiya imperiyası 1841-ci ildə bəylərin hüquqlarını məhdudlaşdırmış, lakin yaranmış qarşıdurmaları azaltmaq və seçkinləri imperiyaya xidmətə yönəltmək üçün 1846–47-ci illərdə vergi toplamaq, polis və məhkəmə hüquqlarını geri qaytarmışdır.
1866-cı ildə yaradılmış xüsusi “Bəy komissiyaları”nın qərarı ilə 1000-dən çox bəy, 3 xan soyunun seçkin hüquqları tanınmış və onlar imperiyanın xristian seçkinləri ilə eyni tutulmuşdur.
Xaqanların baş köməkçisi olan “bəy” biliikli, ağıllı, dərin düşüncəli olmalı idi.
Bəylər “eli qoruyan, onu idarə edən, elin bəkləridir”.
Bu düşüncə Türkiyə Respublikasının Anayasasında da açıq ifadə olunub:
“Cumhurbaşkanı dövlətin başıdır. Bu adla Türkiyə Cümhuriyyətini, Türk millətinin birliyini göstərir, Anayasanın tətbiqini, dövlət qurumlarının ahəngdar və düzgün işləməsini təmin edir.”
Əski türklərdə boyların başında bir bəy durardı. İgidlik, ədalət, doğruluq, güc kimi dəyərlərə əsaslanaraq seçilən bəyin vəzifəsi boyda haqq-ədaləti təmin etmək, mənəvi birliyi gücləndirmək, onu düşmənlərdən qorumaq – ulusu yaşatmaq idi.
Bəy olmaq üçün “qan tökmək, ac olanı doyurmaq, paltarsızı geyindirmək” lazım idi.
Bu, Türk ulusal qurumunda belə yazılmışdır:
“Bax, iki uca insan vardır: biri bəy, biri bilimçi. Onlar insanların başıdır…
Biri əlində qılınc tutub ulusu idarə edər, digəri qələm alıb doğru yol göstərər.”
Bəy titulu türklər İslam dininə keçdikdən sonra da qalmış, ərəb sözü olan “amir”lə eyniləşdirilmiş, “bəylərbəyinə” ərəb dilində “amirul-üməra” deyilmişdir.
Bəylik qurumu tarix boyu təkcə soy, sosial-siyasi titul deyil, eyni zamanda türklərin milli-mənəvi dəyərlərini yaradan, yaşadan, qoruyan, yüksək seçkinlik institutudur.
Bu səbəbdən də ulusal yaddaşa daxil olmuşdur.
Azərbaycan türkləri ilə Türkiyəlilər bu gün də hörmət etdikləri, seçkin insanlara “bəy”, “bəy oğlu bəy” deyirlər.
Türk Ulusu, Türk dili bir çox mənəvi dəyərləri qadağan edilsə də, Qafqazda birləşdirici Türk ruhunu – türklüyü öldürməyə çalışan, davranışları kobudlaşan Sovet dönəmində belə, yavaş-yavaş görkəmli şəxslərə “bəy” deyə hörmət göstərməyə başladılar:
Hasan bəy Zərdabi, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli, Abdurrahim bəy Haqverdiyev, Mustafa bəy Topçubaşov…
Türk Ulusu bütün qadağalara rəğmən “bəy” sözünü və onun mənəvi dəyərini unutmadı, bu gün də unutmur.
1988-ci il fevralın 19-dan başlanan Milli Azadlıq Hərəkatı dövründə “bəy” sözü cəmiyyətə yenidən qayıtdı.
Hazırda Azərbaycan və Türkiyədə “bəy” sözü hörmət ifadəsi kimi işlədilir.
Sayqılı yurddaş!
Türk bəylərinin 1918-ci il mayın 28-də qurduğu Azərbaycan Respublikasının tariximizdəki dəyərini anlamaqda çətinlik çəkdiyimiz bu günlərdə yazılmış bu məqaləni dərindən anla.
Özünü tanı, milli kimliyini bil, demokratik düşüncəyə gəl, ulusunu və elini bəy tək ucalmağa çalış!
Çağın geopolitik əhəmiyyətli, sayılıb-seçilən millətlərindən birinin oğlu, qızı olmağa çalış!
Bil!
Etnik baxımdan Türksən, siyasi baxımdan Azərbaycanlısan.
Dilin “Azərbaycan dili” deyil, Türk dilidir.
Azərbaycan Respublikasında 10 milyondan çox Azərbaycanlı yaşayır.
Türklər, ruslar, yəhudilər, ukraynalılar, gürcülər, tatarlar, ləzgilər, avarlar, talışlar, tatlar, saxurlar və başqa bütün etnik qruplar siyasi baxımdan Azərbaycanlıdır.
200 ildir düşüncənə yeridilən yad ideologiyalar, islam adı ilə gələn ərəbçilik – səni özündən uzaqlaşdırmış, yadlaşdırmış, yurdsuzlaşdırmışdır.
Bundan yararlanan düşmən torpağını əlindən alır, səni yurdundan qovur.
Əvəzində sən “mənə nə?” deyərək çağdaş həyatla ayaqlaşmaq istəmirsən.
Oyan!
Adını, kimliyini bil, yurdunu, ulusunu, elini, dilini qoru!
Bil:
Bəy – ucalıqdır.
Bəy ol, uca ol, qoy ulusun sevinsin, yurdun – Azərbaycan Respublikasını ucaltsın!
Sənə bütün dünya atalarının nəğməsində deyildiyi kimi desin:
“Səni gördüm, bəy oldum!”
Sözardı 1:
Məqaləni bitirdikdən sonra “Azadlıq” qəzetinə baxdım. Elnur Astanbəyli, Türkiyəyə köçmüş Ağalar adlı bir “filosof”un “Hüseyn Cavid repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi” – düşüncəsizliyini tənqid etmişdi.
Sevindim! Azərbaycan, baba yurdum!
Demək, Mübariz İbrahimov kimi igidlərinlə yanaşı, Elnur bəyin dediyi kimi, “günəşə külyəş deməyən, dönməyən, ideolog oğulların” da var!
Sözardı 2:
Putin və müttəfiqlərinin istədiyi Azərbaycan, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəylinin qurduğu, azad, demokratik Azərbaycan yox, “biz Rusiyaya neft axıtdıqca yaşayırıq, Rusiya inqilabla yaşayır” deyən Mir Bəşir Qasımov kimi özünü itirmiş agentlərin oturduğu, soyulan, dağıdılan Azərbaycan Respublikasıdır!
Qardaşlar, bacılar!
Əl-ələ verib “velikoros”luqdan qurtulmalıyıq!
Yadigar Türkel
02.05.2021
Hazırladı: Natəvan BƏYDİLİ