ELAZ.İNFO, BAKI, 19.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycana Əlcəzair və Türkiyədən ət və süd məhsullarının gətirilməsinə qadağa qoyacaq.
Qadağaya səbəb Əlcəzairin Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyənin Hakkari vilayətində dabaq xəstəliyinin aşkarlanması halıdır. Mövcud vəziyyətlə bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi səhifəsində gərəkli məlumatlar yer almaqdadır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə öz növbəsində əlahiddə hal kimi mövcud durumla bağlı aidiyyatı orqanlara lazımi məlumatlar vermiş, beynəlxalq qanunlara əsasən adları qeyd olunan bölgələrdən ölkəmizə ət və süd məhsullarının gətirilməsinə müvəqqəti qadağa qoyub.
Esmira RƏHİMOVA