ELAZ.İNFO, BAKI-O7.05.2025
ELAZ.İNFO xəbər verir ki, 7 may topoqrafiya üzrə ilk azərbaycanlı mütəxəssis, general-mayor, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət. Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi, ilk hərbi bayrağımızın tərtibçisi, 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı olmuşdur. Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın “Şire-Xorşid” ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. Paşa ağa Vəkilovun oğlu, Qalib bəy Vəkilov, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın atasının doğum günüdür.
Allah rəhmət etsin!
İbrahim ağa Vəkilov 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olur. Azərbaycan Dövlət Tarix Muzeyinin Elmi Arxivində saxlanılan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır. 1934-cü ildə 2 iyun tarixində İbrahim ağa Vəkilov vəfat etmişdir.
İbrahim ağa Vəkilov on bir yaşında atasını itimişdi. Atası Paşa ağa 1864-cü ildə vəfat etmişdir. On nəfərlik ailəni güc-bəla ilə saxlayan anası Tükəzban xanım Yusif ağa qızı İbrahimin fəhmi, fərasəti ilə daha çox öyünür, qürrələnirdi. İbrahim ağa rus məmurunun qızı Yelena Yefimova ilə eşq yaşayırdı. Aralarında qarşılıqlı münasibət olmasına baxmayaraq, ailəsi dinini dəyişdirəyəcəyi təqdirdə qızın müsəlman oğlanla evlənməsinə icazə vermirdi. Hətta Yelenaya müsəlmanla evlənəcəyi halda onu övladlıqdan uzaqlaşdıracağını bildirmişdilər. Lakin sevgi qalib gəlir. Yelena 1884-cü ildə Vəkilovla birgə Türküstana gedir, orda qeyri-qanuni də olsa evlənirlər. 1891-ci ildə isə İbrahim bəyi gözlənilmədən Rusiyaya hərbi atteşe qismində ezam edirlər. Bu zaman onların böyük oğlu Borisin 7, Qlebin isə 6 yaşı var idi. Mayor rütbəsində olan Vəkilov nikahlarının rəsmi olaraq tanınması üçün çara, III Aleksandra müraciət edir. İbrahim Vəkilovun xaricdə və ölkə daxilində gördüyü xidmətlər nəzərə alınaraq xahişi qəbul olunur.
1884-cü ildə Yelena və İbrahim ağanın ilk oğlan övladları olan Boris dünyaya gəlir. 1885-ci ildə isə ikinci oğlanları Qleb dünyaya gəlir. Daha sonralar isə Reyhan xanım Vəkilova adlı qız övladları olur. İbrahim bəy Vəkilovun oğlanları onun təsiri ilə çox yaxşı tərbiyə almış və maarifçilik dünyagörüşü ilə maksimal dərəcədə təmin edilmişdilər. Onlar vətənə, Azərbayacana çox bağlı idilər. Hər ikisi dinlərini dəyişib, müsəlman cəmiyyətinə yaxınlaşmaq fikrinə düşdülər. Vəkilovların övladları öz əqidələrinə sonadək sadiq qaldılar. İslamı qəbul edib adlarını dəyişdilər. Boris özünə Fariz, Qleb isə Qalib adını götürür. Böyük oğlu mühəndis olmaqla yanaşı, Azərbaycan maarifçi cəmiyyətinin üzvü olur, atasının yolunu davam etdirən Qalib isə elə onun sağlığında rus ordusunun polkovniki rütbəsinə yüksəlir. Sonradan repressiya Vəkilovlar ailəsində yan keçmir. Atalarının yolunu davam etdirən Vəkilov qardaşları sovet dövründə də öz xidmətlərini əsirgəmədilər. Amma bu da onları xilas etmədi. 30-cu illərdə baş verən kütləvi repressiyalar onlardan da yan ötmədi. 1937-ci ildə hər ikisi həbs edildi. Qalib elə həmin il güllələndi. Əvvəlcə Mordaviyaya, sonra isə Karaqandaya sürgün edilən Fariz isə 1956-cı ildə Bakıya döndü.
Əli İBRAHİMOV