ELAZ.İNFO, BAKI, 13.05.2025.
ELAZ.İNFO xəbər verir ki, bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə müsahibəsində söyləyib ki, “207 nömrəli tam orta məktəbin direktorunun da yayılan səs yazısından sonra dərhal Agentlik tərəfindən müəssisədə yoxlama aparılıb, həmin direktorla olan əmək münasibətlərimizə son verilib”.
Məlumat üçün bildirək ki, 207 nömrəli məktəbin direktoru Yaqut Müseyiblinin yayılan səsyazısında “Son zəng”ə görə pul yığılmağı tapşırılırdı.
Eşqin Bayramov onu da vurğulayıb ki, “Buradan bir daha məktəb rəhbərliklərinə və təhsil müəssisələrində çalışan həmkarlarımıza çağırış edərək bildiririk ki, müəssisə daxilində hər hansı pozuntu halları tərəfimizdən yolverilməz hesab edilir və bu kimi hallara qarşı barışmaz mövqedəyik”.
Günel GÜNTAC