Eşq və sevgi ayrı-ayrı məhfumlardır. Eşq kəlməsi üç hərfdən ibarətdir. Ayn, Şin və Qaf hərflərindən təşkil olunmuşdur. Bu hərfləri gördüyümüz kimi sanki Allahı görürük deyə bilmərik. Çünki Allahı görmək mümkün deyildir.
Allah hiss edilir, duyulur və qəlbdə varlığından əminik olur. Elə buna da qəlb gözü ilə görmək deyilir. Yaxud da heçliymizdə hiss edirik, elə heçlikdə varlığı hiss etməyə də görmək deyilir. Onu bir yerdə gördükdən sonra hər yerdə duymağa, hiss etməyə başlayırsan. Artıq O hər yerdə vardır, artıq sevgilini tanıdıqca, Ona aşiq olursan. Bu nöqtəyə divanəlik, eşq, yəni Şin hərfi deyilir. O zaman Ondan gələn hər şey sizə xoş gəlməyə başlar. Xəstəliyi qonaq kimi, ölümləri lütf deyə qarşılayarsan. Çünki lütf Onun lətifliyinin təcəllisidir. Onun əllə tutulub, gözlə görünməz halına lətif, bizim hiss etməməyimizə isə lütf deyilir. Beləliklə, insanın bu divanə halı ilə davam etdirdiyi əlaqəni, “Kun” Ol” olaraq, dirilərək bitirir. Allaha olan eşq insanı diri saxlayır.
Mənzər AĞAYEVA
İlahiyyatçı