ELAZ.İNFO xəbər verir ki, Bərdə- Ağdam dəmir yolu Xankəndiyə qədər çəkilir. Əsgəran və Xocalıdan keçən yolda işlərin 40 faizi görülüb.
Xankəndi dəmir yol vağzalı ilə avtovağzal kompleksi birlikdə fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir.
İlahə