Əsəd ailəsi Rusiyada dəbdəbəli həyat sürür

ELAZ.İNFO xəbər verir ki, Britaniyanın The Guardian qəzeti Suriyanın devrilmiş lideri Bəşər Əsəd və ailəsinin Moskvada dəbdəbəli həyat sürdüyünü yazıb.
Əsəd ailəsini izləyən qəzet onların Moskvada Rusiya elitasının yaşadığı bir məhəllədə yaşadıqlarını yazıb. Qeyd olunub ki, Ukraynanın devrilmiş lideri Viktor Yanukoviç də bu məhəllədə yaşayır.

Məqalədə ailənin maddi çətinliklərdən əziyyət çəkmədiyi və Əsədin 2011-ci ildə Qərb sanksiyaları başlayanda pulunu Moskvaya qaçaqmalçılıq yolu ilə apardığı vurğulanır. Hesabatda həmçinin oftalmoloq olan Bəşər Əsədin tibbi biliklərini bərpa etmək üçün dərslərə qatıldığı və rus dilini öyrəndiyi qeyd olunur.

ONLAR TƏCRİD HƏYAT YAŞAYIRLAR

Əsma Əsəd əri və oğulları Suriyadan qaçarkən artıq Moskvada lösemi müalicəsi alırdı. Əsma Əsədin eksperimental müalicə aldığı və sağaldığı bildirilir. Ailə tamamilə təcrid olunmuş bir həyat yaşayır və Əsədin köhnə rejimdən heç kimlə görüşməsinə demək olar ki, heç vaxt icazə verilmir ki, bu da vacib detallardan biridir.

Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti itirən liderlərə qarşı səbir göstərmədiyinə diqqət çəkən hesabatda Əsədin hətta Putinlə şam yeməyinə dəvət olunmalı qonaq hesab edilmədiyi iddia edilir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights