ELAZ.İNFO xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib ki, Kiprdə federasiya yaradılması təşəbbüsünün zamanı çoxdan keçib, beynəlxalq ictimaiyyət bunu qəbul etməlidir.
Ersin Tatar qeyd edib ki, ŞKTC-nin təcridinə son qoyulmalıdır: “ŞKTC-nin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərindən birmənalı dəstəyi gözlədiyimizi bəyan edirəm”.
Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyevə Zirvə görüşünün təşkilinə görə təşəkkür edən Ersin Tatar ECO ölkələrini ŞKTC limanlarının potensialından istifadə etməyə çağırıb.
Natəvan BƏYDİLİ
