ELAZ.İNFO. BAKI. 20.05.2025
ELAZ.İNFO xəbər verir ki,İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü zamanı deyib:” İran düşmən qüvvələrin Ermənistanla strateji münasibətlərini pozmasına imkan verməyəcək”.
Elaz.info altını cızaraq bildirir-Əhmədian vurğulayıb ki, xarici qüvvələr Cənubi Qafqazda sabitlikdə maraqlı deyil.Bunu deməklə Əhmədian son İran və Azərbaycan arasında olan diplomatik gedişlərə kölgə sala bilər.
Onun sözlərinə görə, İran və Ermənistan arasında bütün sahələrdə sıx əməkdaşlıq və strateji tərəfdaşlığın daha da gücləndirilməsi regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.
Bu baxımdan o, birgə layihələrin tam şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.
Natəvan BƏYDİLİ