Ermənistanı məhvə sürükləyənlər indi də utopik sorğular keçirir

“Bəziləri elə düşünürdü ki, zaman keçdikcə, xüsusən də son iki ildə (antiterror əməliyyatından sonra – red.) cəmiyyət Qarabağın itirilməsi ilə barışacaq. Digərləri isə bunun əksinin olacağı fikrini müdafiə edirdilər. Çünki cəmiyyət ağır travmalar keçirəndə zaman ötdükcə o, tədricən sağalmağa və özünə inamını bərpa etməyə başlayır”.

“Yeni Müsavat” xəbər verir ki, bu haqda Ermənistandakı radikal-revanşist və faşist “Ayakve” hərəkatının bəyanatında deyilir.

Bəyanatda həmçinin iddia olunur: “Lakin dövri sorğular cəmiyyətdə Qarabağın itirilməsinin müvəqqəti olduğuna, Ermənistanın daha da güclənəcəyinə və Qarabağı geri alacağına inamın get-gedə artdığını üzə çıxarıb. Əvvəlcə 80%, sonra 82%, ardınca 85%, bu ilin iyul ayına olan məlumata görə isə respondentlərin 91%-i bu fikirdədir”.

Bu arada baş nazir Nikol Paşinyan ötən həftəsonu öz soydaşlarını bir daha “real Ermənistan”la kifayətlənməyə çağırıb: “Ermənistanın gələcəyini beynəlxalq səviyyədə tanınmış sərhədləri, 29 743 kvadrat kilometr ərazisi olan dinc, demokratik və hüquqi dövlət kimi təsəvvür edirəm. Xəyali vətən axtarışını dayandırmalıyıq, çünki Ermənistan Respublikası bizim xəyallarımızın, arzularımızın vətənidir. Başqa vətən axtarmağa ehtiyac yoxdur. Vətən arzusunda olanda onu itiririk və artıq arzumuza çatdığımızı anlayanda sakitləşib, diqqətimizi tapşırığa yönəldirik”.

Ermənistanda belə sorğular (91%) nə dərəcədə etibarlıdır və gerçək ictimai ovqatı əks etdirirmi? İstənilən halda növbəti parlament seçkilərində bu suala aydınlıq gələcək: erməni cəmiyyəti “dəmir yumruq” üçün, yoxsa böyük sülh üçün darıxır? Nəhayət, Paşinyan hökuməti Bakı ilə sülh müqaviləsinə mane olan revanşistləri ictimai dəstəkdən məhrum edə biləcəkmi?

Etibar SEYİDAĞA

Bizimlə oxuyun
Verified by MonsterInsights