Ermənistan və Amerika layihənin üzərində çalışır

ELAZ.İNFO xəbər verir ki, Ermənistan Respublikası və Amerika Vaşinqtonda əldə olunmuş razılaşmaların, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi üzərində çalışır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tiflisdə keçirilən V “İpək Yolu” forumunda çıxışı zamanı bildirib.

“Ermənistan Respublikası Amerika və razılaşdırılmış üçüncü tərəflərlə birlikdə “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin Ermənistan ərazisində həyata keçirilməsi çərçivəsinin müəyyən edilməsi istiqamətində çalışacaq. Biz bu məqsədə mümkün qədər tez çatmaq üçün səmimi şəkildə bütün zəruri addımları atmaq əzmimizi bir daha təsdiqləyirik”, – Baş nazir bəyan edib.

AYDAN

Bizimlə oxuyun
Verified by MonsterInsights