Nikol Paşinyan: -“Biz heç vaxt gündəliyə zidd olan müzakirələr aparmamışıq”

ELAZ.İNFO xəbər verir ki, Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsinə ərazi bütövlüyünün toxunulmazlığı kimi baxır.

Baş nazir Nikol Paşinyan mətbuat konfransında bildirib ki, “Kommunikasiyaların açılması ilə bağlı bütün müzakirələrimizdə, vurğulamaq lazımdır ki, biz Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası kontekstində görmüşük, görürük və görəcəyik. Biz heç vaxt bu gündəliyə zidd olan müzakirələr aparmamışıq”.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights