Ermənistan KTMT-dən çıxır

ELAZ.İNFO “Hraparak”-a istinadən xəbər verir ki , Ermənistan böyük ehtimalla gələn ilin fevralında KTMT-dən çıxacaq.

Paşinyan qeyd edib ki, Ermənistan 2023-cü ilin sentyabr ayından KTMT proseslərində iştirakını dayandırıb və KTMT-nin nizamnaməsinə əsasən, əgər üzv ölkə iki il ərzində üzvlük haqqını və büdcə ilə nəzərdə tutulan xərcləri ödəməzsə, həmin ölkənin təşkilatda qalmasının məqsədəuyğunluğu müzakirəyə çıxarılır.

Paşinyan həmçinin istisna etməyib ki, Ermənistan təşkilatdan çıxarılacaq. Əgər bu baş verməzsə, ölkə özü çıxmaq qərarını verəcək.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights