Ermənistan Azərbaycanın dostları ilə münasibətləri qaydaya salmağa çalışır

ELAZ.İNFO xəbər verir ki, Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsini nəzərdən keçirməyə razılaşıb.

Bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın “X” hesabında paylaşım edib.

Pakistanlı nazir paylaşımında erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı apardığını qeyd edib.

“Bu gün xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı apardıq və Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması mümkünlüyünü nəzərdən keçirməyə razılaşdıq”, – o deyib.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights