ELAZ.İNFO, BAKI, 22.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Ermənistanın uzun illər boyu Azərbaycan ərazilərini Rusiya silahı ilə işğal otdiyi etiraf edilib.
Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni jurnalistin sualına cavab olaraq bildirib ki,Ermənistan uzun illər boyu Azərbaycan ərazilərini Rus silahı ilə işğal edib.
Sergey Lavrov Qarabağ müharibəsində Azərbaycanın Rusiya istehsalı silahlardan istifadə etməsi ilə bağlı irəli sürülən ittihamlara cavab olaraq səsləndirib. “Azərbaycanın Rusiya silahı istifadə etməsinə gəlincə, xatırladım ki, Ermənistan da müstəqillik əldə etdikdən sonrakı bütün illər ərzində Rusiya silahından istifadə edib. O cümlədə 7 rayonun işğalı üçün də” – deyə Lavrov vurğulayıb.
O, Ermənistanın o ərazilərdə qurduğu ciddi istehkamlar haqqında da fikir bildirirb.Qeyd edib ki, “Ermənistanın o ərazilərdə qurduğu ciddi istehkamlardan bəlli olurdu ki, torpaqların heç vaxt geri qaytarılacağı niyyətini yoxdur”.
Natəvan BƏYDİLİ