ELAZ.İNFO xəbər verir ki, Ermənistan hökuməti sərhəd-keçid məntəqələrində istifadə olunan viza və pasport möhürlərindən Ağrı dağı şəklini silmək qərarına gəlib.
Artıq markalarda yalnız müvafiq sərhəd keçidi haqqında məlumatlar yer alacaq. Markaların üzərində “Ermənistan” sözü qalacaq.
“Həyat üçün torpaq” partiyasının həmtəsisçisi Mesrop Arakelyan Ağrı dağının Ermənistanın milli simvolu olduğunu, lakin coğrafi baxımdan Türkiyə ərazisi daxilində yerləşdiyini qeyd edərək, qərarı açıqlayıb.
Bu addım Ermənistan və Türkiyə arasında davam edən normallaşma prosesi fonunda atılıb.
Günel GÜNTAC
