ELAZ.İNFO xəbər verir ki, Biləsuvarda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
İcra başçısı bildirib ki, “Qərbi Azərbaycan İrsi” kitabının nəşri və kitabda ortaya qoyulan ciddi araşdırmalar bir daha bütün dünyaya sübut edir ki, hazırkı Ermənistan ərazilərinin tarixi sakinləri Azərbaycan Türkləridir.
Sevinc QASIMOVA
