İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi rayonunda tarixi adı “Xosrov meşə sahəsi” olan və ermənilərin “Xosrov (Gərni) Dövlət Təbiət Qoruğu” adlı bir yer var. Ermənilər sosial mediada və “tədqiqatlarında” bu meşənin qədim ermənilər üçün salındığını iddia edirlər. Fikir verin cümləyə:
“Bura 334-338-ci illərdə yaradılmış və Ermənistan kralı II Xosrov Kotakın şərəfinə “Xosrov Meşəsi” adlandırılmışdır. Xosrov Meşəsi Dövlət Qoruğu 1958-ci ildə yaradılmışdır.”
Qeyd edim ki, “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan ərazisində, meşəyə yaxın bir ərazidə Xosrov adlı kəndin olmasına dair istinadlar var. İcmalda qeyd edilir ki, 1873-cü ildə 155 nəfər azərbaycanlı bu kəndin sakini idi. Rusiya Azərbaycanı işğal edəndən sonra, ordan soydaşlarımız qovulmuşdur və 1930-cu ildə kənd ləğv edilib və bu gün də xarabalıqları qalmaqdadır.
Lakin yerli və xarici araşdırmaçılar qeyd edirlər ki, Xosrov meşəsi”nin adı IV əsrdə yaşamış II Xosrovun adı ilə bağlıdır. Ehtimal olunur ki, Xosrov bu ərazidə çoxlu miqdarda ağac əkərək ərazini meşə sahəsinə çevirmişdir.
Məlumat üçün bildirim ki, Sasani imperiyasının sonuncu şahənşahı II Xosrov Pərviz 628-ci ildə öz oğlu II Qubad Şuriyə tərəfindən gecə yataqda ikən qətlə yetirilənə qədər imperiyaya başçılıq edib.
II Xosrovun Adurbadaqana tez-tez səfər etməsi və bu vilayətə xüsusi qiymət verməsi bu dövrdən bəhs edən əksər pəhləvi mənbələrində əks olunmuşdur. Pəhləvilərə aid qaynaqlarda yazılır ki, II Xosrov səfərlərin birində Adurbadaqan ölkəsindən Turandoxt adlı qızla ailə qurub.
Tədiqatçı Məhəmməd Əliyev yazır ki, “Onların izdivacdan onların bir qızı dünyaya gəlmiş, adını da II Xosrov özü Azərmdoxt –“Odlar qızı” qoymuşdu”
Pəhləvilərin istinadları belə təsdiq edir ki, o dövrdə bu coğrafiyada nəinki Ermənistan adlı dövlət və yer adı olmuşdur, hətta erməni-hay deyilən bir millət adına rast gəlinməyib.
Qeyd edim ki, Xosrov adı, müasir İranın qədim mifologiyası ilə əlaqəli Şərq mənşəli kişi adıdır. Bu ad “od axınına qurban atan” deməkdir. Key-Xosrov, Zərdüşt Avestasında adı çəkilən, indiki Cənubi Azərbaycan əyaləti yaşayan şahənşah idi. 1-ci Xosrov Ənuşirəvandan fərqli olaraq adil hökmdar kimi tanınmayıb, əksinə, qəddar hökmdar olaraq xəzinəsini doldurub. Firdovsi “Şahnamə” əsərində onu böyük xəzinə sahibi olmasını təsdiq edir və hətta ərəb mənbələri yazır ki, İslamın ilk dövründə Məhəmməd Peyğəmbər(s)-in onu müsəlman olması üçün dəvət məktubunu elçilərin gözü qarşısında cırıb atıb.
1180-ci ildə dahi Nizami “Xosrov və Şirin” poemasını yazıb. Əsərdə Nizami Gəncəvi çalışıb ki, II Xosrovun Azərbaycan coğrafiyası ilə əlaqəsini yazsın ki, pers və digərləri istinad edəndə məhz Azərbaycana etsinlər.
Araşdırmaçı Xəlil Yusifli hesab edir ki, bu əsər əslində bir Azərbaycannamə, bəlkə də bir Qarabağnamədir.
Hazırda burada bir çox tarixi və təbii abidələr mövcuddur. Ərazidə mağaralar, şəlalələr, qədim və orta əsrə aid monastırlar, kilsələr var. Mağaralarda olan rəsmlərin əksəriyyətində insanları ov və döyüş, torpağın becərilməsi, yarışlar və rəqslər səhnələrində, eləcə də mifoloji varlıqlar — vişaplar (əjdahalar) təsvir edilmişdir.
Qədim Azərbaycanda Əjdaha gecə və qaranlığı simvolizə edən ayı udmaqla günəşin qalib gəlməsini və xeyrin şər üzərindəki zəfərini ifadə edir. Əjdaha Türk-İslam əlyazmalarında bütün dövrlər üzrə çox rastlanan motivlərdəndir Bəzi mağara rəsmlərində analara, əcdadlara, qəhrəmanlara, ruhlara, məhsuldarlığa və zamana sitayiş əks olunur. Erməni mifoloji və tarixi sənədlərində bu cürə motivlər yoxdur. Ermənilərin Qərbi Azərbaycan ərazisində olan Xosrov meşəsinin erməniləşdirməsi isə tarixi saxtakarlıqdan başqa bir şey deyil. Ermənistan ərazisindəki Azərbaycana məxsus tarixi və mədəni irs real olaraq mədəni soyqırıma məruz qalır.
Bu gün 29,196 hektardan çox ərazini əhatə edir və bu, bir çox nadir və nəsli kəsilməkdə olan növlər, o cümlədən, bəbir və bir çox başqaları üçün sığınacaq verir. Xosrov Meşə Qoruğu 1900-dən çox bitki və 280 heyvan növü ilə zəngin biomüxtəlifliyi ilə tanınır.
Prof.Dr.Zaur Aliyev
