Erməni terroristləri qəsdən evləri yandırırdılar

ELAZ.İNFO, BAKI, 06.05.2025.

ELAZ.İNFO xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ilə bağlı videomaterial nümayiş etdirilib.

Teleqraf.com yazır ki, 1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmış videomaterialda Laçın rayonunda yanan evlər, erməni hərbçilər əksini tapır.

Videoda bir erməni hərbçi digərinə, “Aşot, gör necə yanır” deyərək yanan evlərdən birini göstərir.
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights