Artıq bir əsrdən çoxdur ki, ermənilər tərəfindən ”erməni soyqırımı” bütün dünyada təbliğ olunur. Bu, əksinə çevrilmiş faktdır və ermənilərin türklərə qarşı törətdikləri əsl soyqırımı gizlətmək və labüd cəzadan qaçmaq məqsədi güdür.
Əgər, Azərbaycanda və Türkiyədə ermənilərin öldürdükləri və ya diri-diri basdırdıqları günahsız insanların kütləvi məzarlıqları yüzlərlədirsə, nə üçün ermənilərin basdırıldıqları belə bir məzarlıq aşkar edilməyib? Əgər doğrudan da erməni soyqırımı törədilmiş olsaydı, yəqin ki, belə bir məzarlıq da olmalı idi!? Bəs niyə yoxdur? Çünki, “məzlum” ermənilərin vay-şivən qopararaq iddia etdikləri “erməni soyqırımı” həqiqətən də olmayıb!
Ermənilər XX əsrin əvvəllərinədək Osmanlı impreiyasında ən imtiyazlı bir xalq kimi rahat və firavan yaşamışlar. Sonralar “Böyük Ermənistan” yaratmaq xülyasına düşdkləri üçün, vətəndaşları olduqları Osmanlı dövlətinə qarşı xəyanət və cinayətkarlıq mövqeyi tutaraq, türk xalqına qarşı amansız qəddarlıq nümayiş etdirmiş, dinc əhalini kütləvi şəkildə qırğınlara məruz qoymuşlar. Bütün tarixi faktlar və yaşlı insanların şahidlik ifadələri bunu təsdiq edir!
Onlar, “Böyük Ermənistan” yaratmaq məqsədilə Anadoluda və Qafqazda törətdilkəri türk soyqırımlarını gizlətmək üçün, reallığın əksinə olaraq, guya “erməni soyqırımı” iftirasını ortalığa atmışlar. Erməni təbliğatı bu yalan iddianı o qədər körüklərib şişirdib ki, erməni xalqının düşüncəsini kor edib və bu səbəbdən də onlar özlərinin qondardıqları bu yalanı əldən buraxmaq istəmirlər. Atalar doğru deyib: “kor, tutduğunu buraxmaz” və bu səbəbdəndir ki, erməni millətçiləri və din “xadimləri” tərəfindən aldadılaraq təfəkkürü “kor” edilmiş erməni xalqı, yüz ildən çoxdur ki, “türkə nifrət” tərbiyəsi almaqda və bu gün də kor qalmaqdadır.
Digər bir sual: Nə üçün Osmanlı imperiyasının Avropada, Afrikada, Yaxın Şərdə tabeçiliyində olan heç bir ölkəsində, heç bir xalqa qarşı soyqırım aktı törədilməyib? Erməni təbliğatına görə, qəddar, rəhimsiz, cəllad bir imperiya belə soyqırımları hər bir ölkədə hər bir xalqa qarşı törədə bilərdi. Lakin, bunlar olmayıb və bu işdə erməni xalqı “müstəsnalıq” təşkil edir. Məqsəd, ermənilərin vətəndaşları olduqları dövlətə qarşı etdikləri xəyanətləri və cinayətləri ört-basdır etmək və cəzadan qaçmaqdır. Əgər arxivlər açılarsa və bütün baş verənlər tarixi və hüquqi aspektdə obyektiv qiymətləndirilərsə, “məzlum” ermənilərin qəddarlıqları və canilikləri ortaya çıxar və onlar öz layiqli cəzalarını alarlar.
Hesab edirəm ki, Türkiyə və Azərbaycan Parlamentləri həqiqət olan faktları konret tarixi sənədlərlə dünya ölkələri parlamentlərinə çatdırmaqla, bu ölkələrin parlamentlərindən tələb etməlidirlər ki, “erməni soyqırımı” təbliğatı qadağan edilsin və bu təbliğatı aparan hər bir kəs və ya qrup, türk xalqına qarşı yalan və böhtan yaydıqları üçün məhkəmə yolu ilə mühakimə edilib cəzalandırılsın! Belə bir qadağa qoyulmayan ölkələrdə isə, Türkiyə və Azərbaycan səfirlikləri həmin təbliğatçıları təşəbüs anındaca eyni yolla mühakimə etdirib ədalətə nail olsunlar.
Yalnız belə olan halda, fakt olmayan, lakin, ermənilərin birliyini təmin erməyə yönəldilmiş və artıq siyasi ideologiyaya çevrilmiş “erməni soyqırımı” iftirası aradan götürülə bilər. Bu isə, təkcə Türkiyə və Azərbaycan üçün yox, dünyada sülh və sabitlik üçün vacibdir.
Qeyd edim ki, “Erməni soyqırımı”nın “tanınması” prosesi Latın Amerikası ölkələrindən başlanıb və ABŞ-da “təzahür” edib. Niyə? Çünki, əsl həqiqəti bilməyən xalqları aldatmaq və ya tarixi bilməyən “siyasətçiləri” rüşvətlə ələ almaq daha asandır!
Əslində, “erməni soyqırımı” təbliğatı, Beynəlxalq hüquqda təsbit olunmuş “xalqların dinc-yanaşı yaşamaq” prinsipinə zidd olan və ölkələrin dincliyini pozan ideoloji terrordur və buna BMT səviyyəsində hüquqi qiymət verilməlidir!
Ağasəf İMRAN