Ermənilər elə bilirlər ki, biz oxumuruq, araşdırmırıq, bilmirik. Əslində onlar o qədər saxtakarlıqlar edir ki, bizim ona cavab verməyimizə ehtiyac qalmır. Dünyanın ən nüfuzlu alimləri qeyri ciddi yanaşırlar onların yazdıqlarına. Elə qeyri ciddi yanaşdıqıları məsələlərdən biri də ermənilərin mifik Mesrop Maştots obrazıdır.
“Tarixin atası” saydıqları Movses Xorenatsi adlı şəxsin tarixdə olmadığını sübut etmişəm.
İndi isə növbədə digər saxta şəxs Mesrop Maştotsdur. İlk öncə tam əminliklə qeyd edim ki, tarixdə “Mesrop Maştos” adında əlifba “ixtiraçısı” olmayıb.
Bu şəxs barədə yeganə məlumat Koryunun “Maştotsun həyatı” kitabından gəlir. Lakin bu kitab və bu müəllif də uydurmadır. London universitetində Qafqaz tədqiqatları professoru, Gürcüstan, Ermənistan və Bolqarıstan üzrə mütəxəssis Devid Marşal Lenqin fikrinə görə artıq 1970-ci illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda “Ermənistan tarixi”nin V əsrə aid olduğuna inanan alim yox idi.
Bütün bu uydurma kitablar Yakop Şahamiryan adlı erməninin xidmətlərdir. 1772-ci ildə,O, Çenay şəhərində mətbəə yaratmışdır. Bu mətbəədə ermənilərə “qədim tarix” yaradılmış və kitablar nəşr olunaraq bütün dünya kitabxanalarına göndərilmişdir. Əslində Movses Xorenatsi kimi də Mesropun özü də XVIII əsrdə yaşayan bir neçə keşişin uydurduğu şəxslərdir ki, onlar kilsədə oturub uydurma bir tarix yazıblar.
Qərb alimləri Maştotsun “fövqəlbəşər yaradıcı” obrazını inkar edirlər. Onlar hesab edirlər ki, o, sadəcə bir qrup keşisin yaratdığı obrazdır ki, sonrada kilsə tərəfindən bütün Qafqazın “mədəni atası” kimi təqdim edilib.
Əgər tarixdə belə şəxs olubsa, buyursunlar Maştotsun yaşadığı iddia olunan dövrə aid onun öz əli ilə yazılmış və ya sağlığında onun adını çəkən birbaşa arxeoloji tapıntı, əlyazma, hansısa sənəd ortaya qoysunlar. Axı ermənilər “əlifba” yaradanlarının heç olmasa bir vərəq orjinal əlyazmasını saxlaya bilərdilər?
Əgər Maştots qədər böyük bir islahatçı və “əlifba atası” olsaydı, onun yaşadığı dövrə aid (daş kitabələrdə, sikkələrdə və ya kənar ölkələrin (Roma, Bizans, Sasani) rəsmi sənədlərində onun adı mütləq keçməli idi. Lakin V əsrə aid heç bir kənar mənbədə onun adına rast gəlinmir.
Maştotsun həm Bizansda, həm də Sasanilər imperiyasında böyük işlər gördüyü iddia edilir. Lakin o dövrün Bizans tarixçiləri Prokopi, Aqafi və ya kilsə tarixçiləri Sokrat Sxolastik, Sozomen bu qədər böyük bir “dilçi-missioner” haqqında tək bir cümlə belə yazmayıblar.
Ciddi dilçilər vurğulayırlar ki, bir insanın eyni anda üç tamamilə fərqli dil ailəsinə (Hind-Avropa, Kartvel və Qafqaz dilləri) aid olan fonetik sistemləri mükəmməl bilməsi və onlar üçün əlifba tərtib etməsi o dövrün şəraitində texniki olaraq qeyri-mümkündür.
Bunu təsdiq edən alimlər içərisində bizansşünas və şərqşünas Ernest Honigmann, Gürcüstan tarix elminin banisi hesab olunan İvane Cavaxişvili, rus tədqiqatçısı Viktor Şnirelman, erməni orta əsr mənbələri üzrə ən böyük mütəxəssislərdən biri Robert Thomson, Fransız şərqşünas və Qafqaz dilləri üzrə mütəxəssis Jean-Pierre Mahé və adını yaza biləcəyim yüzlərlə şəxslər var.
Onların ümumi qənaəti belədir:
“Əgər belə bir “dahi” olsaydı, o dövrün Bizans salnamələrində onun haqqında mütləq qeydlər olardı.Onun haqqında bu hekayələr tarixi fakt deyil, ideoloji qurmadır”
Maştots obrazı bu siyasi boşluğu doldurmaq üçün yaradılan saxta bir obrazdır. O olmasaydı, erməni kilsəsi özünü kifayət qədər “qədim” təqdim edə bilməyəcəkdi. Çünki elə adın özünə baxanda bilinir ki, belə şəxs olmayıb. “Mesrop” isə bəzi mülahizələrə görə, Suriya mənşəli “Mar-Sub” (Müqəddəs Yazıçı) titulunun təhrif olunmuş formasıdır ki, erməni kilsəsi bu titulu bir şəxsiyyətə çevirib ona “bioqrafiya” yazıblar.
Mingəçevirdə tapılan alban yazılı keramikalar və Sina dağında tapılan alban palimpsestləri sübut etdi ki, alban dili son dərəcə zəngin, 52 səsdən ibarət və daxili məntiqi olan bir sistemdir. Maştotsun bu qədər dərin bir fonetik sistemi sıfırdan “icad etməsi” elmi cəhətdən qeyri-mümkün hesab olunur. Bu tapıntılar göstərir ki, alban əlifbası yerli albanlar tərəfindən uzunmüddətli inkişaf nəticəsində yaranıb.
Eyni zamanda ermənilər saxta tarix yazarkən real tarixi dövrü də nəzərə almayıblar. O qədər saxtakarlıqlara başları qarışıb ki, real Sasani tarixində olan qaydaları görməzdən gəliblər. Maştotsun hər yerdə məktəblər açması və Bizansdan gələn kitabları yayması Sasani rəsmi siyasətinə zidd idi. Əgər belə bir adam olsaydı, o, Sasani məmurları tərəfindən çoxdan həbs və ya edam edilərdi.
Ciddi alimlər də təsdiq edirlər ki, bu şəxs kilsənin uydurduğu və erməniləri əllərində saxlamaq üçün yaratdıqları bir obrazdır, yəni “müqəddəs şəxs” adı altında yaratdığı “erməni Musası” obrazıdır.
Zaur Əliyev
Prof.Dr.