Erməni Müxalifəti Səhiyyə Nazirini Lağa Qoydu

ELAZ.İNFO Ermənistanın Hraparak qəzetinə istinadən xəbər verir ki, ölkə hakimiyyəti dünən parlamentdə növbəti “seçkiönü şou” nümayiş etdirib. Hakim “Mülki Müqavilə” fraksiyasının təşəbbüsü ilə icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı keçirilən müzakirələr müxalifət tərəfindən sərt və ironik dillə tənqid olunub.

Qəzet səhiyyə naziri Anahit Avanesyanı hədəf alaraq, onun parlamentdəki çıxışını “rəqs” kimi xarakterizə edib:

Nikol Paşinyanın bendinə (musiqi qrupuna) bağlı rəqqasə kimi tanınan nazir Anahit Avanesyan, iki saatdan çox müddətdə sanki rəqs edirmiş kimi, vətəndaşlar üçün hansı ‘möcüzələr’ yaratdıqlarını təsvir edirdi. O, sığorta tətbiq olunandan bəri minlərlə insanın necə pulsuz müalicə aldığını nağıl kimi danışırdı.

Yazıda qeyd olunur ki, hakimiyyətin bu “təbliğat tədbiri” öz fraksiyası tərəfindən belə maraqla qarşılanmayıb. İqtidar fraksiyasından cəmi 20-yə yaxın deputat iştirak edib. Fraksiya rəhbərliyi iclas zamanı öz deputatlarına “məktəbli” kimi davranaraq, söhbət etdiklərinə və müzakirəyə mane olduqlarına görə mütəmadi xəbərdarlıqlar edib. Deputat Vaaqn Aleksanyan isə müzakirə zamanı bəzi Facebook istifadəçilərinin hökumətə ünvanladığı saxta təşəkkür mesajlarını oxumaqla məşğul olub.

Hraparak”ın iddiasına görə, bu müzakirələrin əsl məqsədi büdcə pullarının talanması və məmurlara verilən yüksək mükafatlarla bağlı cəmiyyətdəki narazılığı “suya verməkdir”. İqtidar göstərməyə çalışır ki, büdcədən təkcə məmurlar deyil, həm də pensiyaçılar və həssas qruplar faydalanır.

ELAZ.İNFO-nun analitik qrupu qeyd edir ki, Ermənistanda seçkiönü dövr yaxınlaşdıqca müxalifətin hakimiyyət nümayəndələrini bu cür fərdi və peşəkar tənqidi artacaq. Nazir Avanesyanın “rəqqasə” kimi təqdim olunması isə müxalifətin cəmiyyətdəki “qeyri-ciddi hökumət” obrazını gücləndirmək taktikasıdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights