ELAZ.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Qeyd edilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə (Cəbrayıl, Füzuli və Ağdam istiqamətlərində) aparılan təmizləmə əməliyyatları davam edir. Yanvarın ilk həftəsi ərzində onlarla piyada əleyhinə və tank əleyhinə mina, həmçinin partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Rəsmi qurumlar vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəsizlik nişanlarına ciddi riayət etməyə çağırır
Ruslan MƏMMƏDOV