ELAZ.İNFO xəbər verir ki, İranın Hörmüz boğazını bağlamaq qərarına kəskin şəkildə etiraz edən edən Misir və Səudiyyə Ərəbistanı İranı bölgədə sabitliyi və təhlükəsizliyini pozmaqda ittiham edirlər. Ərəb Liqasının dəstəyini alan bu ölkələr mövcud vəziyyətlə bağlı bəyanat veriblər.
Məlumatı Misir Xarici İşlər Nazirliyi yayıb.
Bəyanatı imzalayan Misir prezidenti Əbdülfəttah Sisi və Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman görüşərək İranın hava hücumlarına qarşı artıq, dərin əməkdaşlıq etmək barədə rəsmi razılığa gəliblər.
Məlumat üçün bildirək ki, İranın əleyhinə yaradılan bu koalisiyaya Qahirə də qoşulub. O Ər-Riyadla tam həmrəyliyini vurğulayaraq, körfəz ərəb dövlətlərinə hücuma qətiyyətli cavaba qoşulacağını bildirib.
İlahə BAYINDIR