ELAZ.İNFO xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri istisna edilmir.
bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Ağ Ev administrasiyasının rəhbəri Donald Trampın Türkiyəyə səfəri ehtimalı da var.
“Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Bizim prezidentimiz Vaşinqtona səfər edə bilər. Cənab Trampın Türkiyəyə səfəri də mümkündür. Səfər ərəfəsində prezidentlər NATO-nun Haaqa sammitində (24-25 iyun) görüşə bilərlər. Onlar tez-tez telefonla əlaqə saxlayırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır”, – Fidan bildirib.
Aydan ŞƏRBƏTOVA
