Erdoğan: -“Hazırda açılmış fürsət pəncərəsi dəyərləndirilməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

ELAZ.İNFO xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. Məlumata görə, liderlər ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpasının vacibliyini vurğulayıb və Türkiyənin bu prosesin bütün mərhələlərində lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib. Bəyanatda həmçinin qeyd olunub ki, Türkiyə tərəfi sülh danışıqları üçün Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul etməkdən məmnunluq duyacaq.

Ərdoğan hərtərəfli atəşkəsin sülh danışıqları üçün zəruri mühiti yaradacağını qeyd edib və bildirib ki, “hazırda açılmış fürsət pəncərəsi dəyərləndirilməlidir”.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights