ELAZ.İNFO xəbər verir ki,bu gün səhər saatlarında Ərdəbildə yaşayan milli fəal Tohid Əmir Əmini həbs edilib.
Bu haqda yerli insan haqları fəalları məlumat yayıb.
“Təhlükəsizlik məmurları heç bir məhkəmə hökmü olmadan zorla T.Əmir Əmininin ata evinə girərək onu özləri ilə naməlum yerə aparıblar”,- məlumatda bildirilib.
Onun həsb səbəbi barədə ailəsinə heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Əmir Əmini bundan əvvəl mədəni fəaliyyətlərinə görə bir neçə il həbs edilib.
Emin AZƏRİ Ərdəbil