Ərdəbil əyalətində ölüm hallarının  əsas səbəbi açıqlandı

ELAZ.İNFO xəbər verir ki,Ərdəbil əyalətində ürək-damar xəstəlikləri, bədxassəli xərçəng növləri xəstəlikləri ən mühüm ölüm səbəbidir.

Bunu Ərdəbil Tibb Elmləri Universitetinin Sağlamlıq İşləri üzrə direktor müavini Səid Sadiqiyye Əhəri deyib.

O, əyalətdə ölümlərin 80%-nin vətəndaşların yuxarıda qeyd olunan bu növ xəstəliyə tutulması səbəbindən baş verdiyini bildirib.

O, bütün növ ürək-damar xəstəliklərinin ölümlərin 48-50 faiziniə səbəb olduğunu söyləyib.”Bütün növ xərçəng və bədxassəli xəstəliklər isə ölümlərin 18%-i, qəza və hadisələr isə ölüm faktlarının 9%-i təşkil verir”,- o əlavə edib.

Bir müddət əvvəl Ərdəbil Tibb Elmləri Universitetinin yaydığı məlumatda əyalətdə mədə, döş, prostat və yemək borusu xərçənginin kəskin yayıldığı barədə xəbərdarlıq edilmişdi.

Qeyd edək ki, bundan əvvəl İran Səhiyyə Nazirliyinin açıqladığı statistikaya görə, şimal-qərb bölgəsi, xüsusən Ərdəbil əyaləti xərçəngə, xüsusilə mədə xərçənginə yoluxanların sayına görə ilk yerlərdən birini tutur.

“Ərdəbil əyalətində xərçəng xəstəliyinin yayılmasında Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) və bu ölkənin başqa sənaye təsisatlarının zəhərli tullantılarının Araz çayına axıdılması da əhəmiyyətli rol oynayır”-deyə natiq qeyd edib.

Natəvan BƏYDİLİ

Verified by MonsterInsights