Ərazi iddiaları qeyri-mümkündür

ELAZ.İNFO xəbər verir ki, Trampın xüsusi nümayəndəsi Steve Witkoff Moskvanın işğal etdiyi beş bölgə ilə bağlı “bəzi güzəştlərə” getdiyini iddia edib. O, Donetsklə bağlı ətraflı danışıqların aparılacağını bildirib.

AFP-yə danışan bir avropalı mənbə bildirib ki, Tramp Rusiyanın Donbasdakı ərazi iddialarına normal yanaşır, bunun müqabilində o, Moskvanın Xerson və Zaporojya cəbhələrində mövcud xəttin “dondurulmasına” razılaşa biləcəyini söyləyib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski “Sülh üçün təzyiq qurbana deyil, təcavüzkara yönəlməlidir” deyə xəbərdarlıq edib.

Makron əlavə edib ki. “Təslim olmaq demək olan sülh təklif edən yeganə dövlət var: Rusiya.

Zelenski ərazi güzəştlərini rədd etsə də, məsələni Tramp və Putinlə üçtərəfli sammitdə müzakirə etməyə hazır olduğunu bildirib. Lakin Moskva hazırda bu ehtimalı qeyri-mümkün hesab edilir.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights