Ərəb yəhudilərə pul qazanmaq yolunu öyrədir də guya…

Biri ərəb, digəri yəhudi geyimində iki nəfər küçədə oturub dilənir. Varlı ərəblər ərəb geyimli kişinin qarşısındakı qutunu əllilik-yüzlük dollarlarla doldurur. Yəhudi geyimli dilənçiyə isə baxan da yoxdur. Bunu müşahidə edən qoca bir ərəb onlara yaxınlaşıb yəhudi geyimli kişiyə ağıl verməyə başlayır:

– Ay axmaq, yəhudi olsan da sən də ərəblər kimi geyin, camaat pul versin, yoxsa sənə qəpik də verən olmayacaq.

Yəhudi geyimli dilənçi üzünü ərəb geyimli dilənçiyə tutub gülür:

– Abram, bu axmaq ərəb öz aləmində biz yəhudilərə pul qazanmaq yolunu öyrədir də guya…

Toplayan: Famil CƏFƏRLİ

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights