Ən uca zirvəyə, şəhidlik mərtəbəsinə yüksəldi

Bu Vətən hər zaman öz övladlarının qəhrəmanlığının hesabına ayaqda qalıb. Bəziləri sağlığında, bəziləri isə bizdən ayrıldıqdan sonra tarixə adlarını yazıblar. Polis kapitanı Fəxrəddin Nəsirov da öz canı, qanı və şərəfi ilə bu torpağın yaddaşına həkk olunanlardan biridir. O, xidmət etdiyi hər günün dəyərini bilən, vəzifəsinin məsuliyyətini çiyinlərində deyil, vicdanında daşıyan bir polis əməkdaşı idi. Fəxrəddin Nəsirov öz borcunu yerinə yetirərkən, xalqının təhlükəsizliyi üçün canından keçərək ən uca zirvəyə, şəhidlik mərtəbəsinə yüksəldi. Bu onun həm peşəkarlığının, həm cəsarətinin, həm də Vətənə sonsuz sədaqətinin ən böyük sübutudur.

Bu gün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən onun adını uca tutması, ölümündən sonra “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif etməsi bir daha göstərir ki, qəhrəmanlıq heç vaxt unudulmur. Qanun uğrunda, insanların təhlükəsizliyi uğrunda can verənlər daim hörmətlə anılır, onların xatirəsi xalqın yaddaşında əbədi yaşayır.

Fəxrəddin Nəsirov kimi igidlərin sayəsində bu torpaq daha güvənlidir, bu xalq daha iradəlidir.

Ruhu qarşısında baş əyirik.

Allah rəhmət eləsin!

Əli İbrahimov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights